Gundelik.az Dünya Lavrov Alyaskadakı görüşə üzərində SSRİ yazısı olan köynək geyinib (FOTO)
Dünya Siyasət Xəbərlər

Lavrov Alyaskadakı görüşə üzərində SSRİ yazısı olan köynək geyinib (FOTO)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Alyaskanın Ankoric şəhərində üzərində “SSRİ” yazısı olan sviter geyinib.

Gundelik.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Lavrovun avtomobildən düşərək otelin girişinə doğru hərəkət etdiyi görünür. Nazir sinəsində yazı olan sviter və yazının bir hissəsini örtən jilet geyinib.

Bundan əvvəl Lavrovun Alyaskaya gəldiyi barədə məlumat yayılmışdı. O, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşündən əvvəl əsəbi olub-olmaması ilə bağlı suala “Bu nədir?” cavabını verib. Nazir vurğulayıb ki, Rusiyanın dəqiq mövqeyi var və nümayəndə heyəti bunu təqdim edəcək.

Rusiya və ABŞ liderlərinin sammiti avqustun 15-də, yəni bu gün keçiriləcək.

Gundelik.az 

Exit mobile version