Gundelik.az Xəbərlər İqtisadiyyat Çinin ən mühüm iqtisadi seqmentinə investisiyalar çökdü
Dünya İqtisadiyyat Xəbərlər

Çinin ən mühüm iqtisadi seqmentinə investisiyalar çökdü

Çinin daşınmaz əmlak sektorunda investisiya axını ciddi şəkildə zəifləyib.

Bu barədə Gundelik.az Çin Milli Statistika İdarəsinə (NSO) istinadən xəbər verir.

Məlumata görə, 2025-ci ilin yanvar–iyul aylarında sektora yatırımlar ötən ilin eyni dövrü ilə müqayisədə 12% azalaraq təxminən 750,72 milyard dollara düşüb. Bu müddətdə tikilməkdə olan layihələrin ümumi sahəsi 6,38 milyard kvadratmetrə qədər geriləyib. Yaşayış daşınmaz əmlakı üzrə azalma 9%-dən çox olub.

Hesabat dövründə istifadəyə verilən binaların sayı 16,5%, mənzil sektoru üzrə isə 17%-dən çox azalıb.

Mütəxəssislər ilin əvvəlində xəbərdarlıq etmişdilər ki, mənzil bazarındakı kütləvi böhran Çinin ABŞ ilə ticarət müharibəsinə qarşı həssaslığını artırır.

Analitiklər xatırladırlar ki, daşınmaz əmlak bazarının çökməsi, əmanətlərinin böyük hissəsini bu sahəyə yatırmış milyonlarla çinli ailənin xalis sərvətinin əhəmiyyətli hissəsini itirməsinə səbəb olub. Sektorun daralması nəticəsində iş yerlərinin itirilməsi də rekord həddə çatıb.

Gundelik.az 

Exit mobile version