Gundelik.az Dünya Latviya ilk dəfə olaraq müdafiəyə 2 mlrd. avrodan çox vəsait ayıracaq
Dünya

Latviya ilk dəfə olaraq müdafiəyə 2 mlrd. avrodan çox vəsait ayıracaq

Latviya hökuməti 2026-cı ildə müdafiə xərclərinə 2 milyard avrodan çox vəsait ayıracaq. Bu məbləğ ölkə tarixində rekord göstərici olacaq.

Gundelik.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Andris Spruds bildirib.

Məlumata görə, gələn ilki müdafiə xərcləri ölkənin ümumi daxili məhsulunun 4,91%-ni təşkil edir. Bildirilib ki, Latviya hökuməti ilk dəfə müdafiəyə 2 milyard avro ayırır.

Latviya ayrılan büdcənin təxminən 53%-ni ordunun imkanlarının inkişafına sərf etməyi planlaşdırır. Qalan vəsaitin hərbi xidmətə və infrastruktura xərclənəcəyi bildirilir.

Qeyd edək ki, iyun ayında Haaqada keçirilən sammitdə NATO liderləri ABŞ-nin təşəbbüsü ilə müdafiə xərclərini ÜDM-in 5%-ə çatdırmaq barədə razılığa gəliblər.

Gundelik.az

Exit mobile version