Latviyanın Baş naziri Evika Silina bildirib ki, hökumət Ukrayna üçün ABŞ vasitəsilə silah alınmasına ən azı iki milyon avro vəsait ayıracaq. Onun sözlərinə görə, bu vəsait dəqiqləşdiriləcək, lakin məbləğ iki milyon avrodan az olmayacaq.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Baş nazir qeyd edib ki, ayrılacaq maliyyə ilə Kiyev üçün həm hava hücumundan müdafiə sistemləri, həm də digər zəruri silahlar təmin ediləcək.
Xatırladaq ki, iyulun 14-də ABŞ Prezidenti Donald Tramp bəyan edib: Avropa ölkələri tədarük xərclərini ödədiyi halda, Vaşinqton Ukraynaya silah və hərbi texnika göndərməyə davam edəcək. Onun sözlərinə görə, koordinasiya NATO tərəfindən həyata keçiriləcək və paketə 17 “Patriot” sistemi də daxil olacaq. Tramp əlavə edib ki, NATO vasitəsilə Ukraynaya milyardlarla dollarlıq hərbi yardım göstəriləcək.
Gundelik.az

