Gundelik.az Xəbərlər “Las Pelilargas” – Latın Amerikasında Uzun Saç Mədəniyyəti
Xəbərlər

“Las Pelilargas” – Latın Amerikasında Uzun Saç Mədəniyyəti

Son iyirmi il ərzində argentinalı fotoqraf İrina Verninq Latın Amerikasını gəzərək müəyyən bir məqsədin ardınca olub: ən uzun saçlı qadınları – və sonradan kişiləri – tapmaq.

Gundelik.az xəbər verir ki, “Las Pelilargas” (Azərbaycan dilində: “Uzun Saçlılar”) adlanan bu foto layihəsi, bölgədə – istər kiçik yerli icmalarda, istərsə də böyük şəhərlərdə – uzun saçlara duyulan mədəni hörməti əks etdirir. Verninqin çəkdiyi şəkillərlə yanaşı, o, görüşdüyü insanlarla müsahibələr də aparıb. O, saçlarını uzun saxlayan insanların fərdi səbəblərini öyrənsə də, ən çox vurğulanan məqam bunun mədəni kimlik və ata-baba ənənələri ilə əlaqəsi olub. “Həqiqi səbəb gözəgörünməzdir və nəsildən-nəsilə ötürülür,” – fotoqraf öz veb saytında yazır. “Bu, Latın Amerikası mədəniyyətidir. Bizim əcdadlarımız inanırdı ki, saç kəsmək ömrü qısaltmaqdır, saç isə düşüncələrimizin, ruhumuzun və torpaqla olan bağımızın fiziki ifadəsidir.”

Gundelik.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

Exit mobile version