Küveyt Mülki Aviasiya Baş İdarəsi İranın həyata keçirdiyi hücumlar səbəbindən müvəqqəti olaraq bağlanan ölkənin hava məkanının yenidən normal fəaliyyət göstərdiyini açıqlayıb.
Qurumun sosial media hesabında yayılan məlumata görə, ehtiyat tədbirlərinin görülməsini zəruri edən şərait aradan qalxdıqdan sonra Küveyt hava məkanında uçuşların hərəkəti bərpa olunub və normal rejimdə davam edir.
Açıqlamada bildirilib ki, təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunması məqsədilə Küveyt daxilində və xaricində aidiyyəti qurumlarla koordinasiya şəraitində vəziyyət yaxından izlənilir.
Xatırladaq ki, Küveyt Mülki Aviasiya Baş İdarəsi İranın hücumlarından sonra təhlükəsizlik məqsədilə ölkənin hava məkanının yerli vaxtla saat 04:50-dən etibarən müvəqqəti bağlandığını elan etmişdi.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
