“Kliniki Tibbi Mərkəz”in tabeliyində olan doğum evi binasında konstruktiv bərpa və gücləndirmə işləri aparılacaq.
Bu barədə Gundelik.az TƏBİB-dən məlumat əldə edib.
Məlumata əsasən, qurumun İnnovasiya və Təchizat Mərkəzi sözügedən işlərlə bağlı hazırlıqlara başlayıb.
Sözügedən işlərə 2 milyon manat sərf olunacağı proqnozlaşdırılıb.
Qeyd edə ki, doğum evi Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsi 93 ünvanında yerləşir.
