Krım körpüsü müvəqqəti olaraq nəqliyyatın hərəkətinə bağlanıb.
Gundelik.az xəbər verir ki, bu barədə müəssisənin “Telegram” kanalında məlumat verilib.
Körpüdə və yoxlama zonasında olan sürücülərdən təmkinli olmağa və nəqliyyat təhlükəsizliyi əməkdaşlarının göstərişlərinə əməl etməyə çağırılıb.
Avqustun 7-də səhər saatlarında Novorossiysk sakinləri güclü partlayışlar barədə məlumat vermişdilər. Şəhər Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumuna məruz qalıb, həmçinin pilotsuz qayıqlardan gələn təhlükə barədə də məlumatlar var.
Avqustun 4-də Krım körpüsünün qarşısında rekord qıran 35 kilometrlik tıxac yaranıb. Hər iki tərəfdən əllə yoxlama üçün dörd min avtomobil növbə gözləyirdi və gözləmə müddəti üç saatdan səkkiz saata qədər idi.
Gundelik.az
