Gundelik.az Xəbərlər İqtisadiyyat “Kredaqro” BOKT-un vəzifəli şəxsi 10 min manat cərimələndi
İqtisadiyyat Xəbərlər

“Kredaqro” BOKT-un vəzifəli şəxsi 10 min manat cərimələndi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Kredaqro” MMC bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

Gundelik.az bu barədə AMB-yə istinadən xəbər verir.

“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, “Kredaqro” Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi 10 000 (on min) manat məbləğində cərimə edilib”, – məlumatda qeyd edilib.

 

 

 

Exit mobile version