İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Müsahibə Xəbərlər

Kreativ ideyadan böyük hədəflərə: Hasanzadeh Events Group-un uğur yolu

Tədbir sadəcə toplaşmaq deyil, yaddaşlarda iz buraxmaqdır. Son bir ildə ölkənin tədbir sektorunda məhz bu fəlsəfəni əsas götürərək fərqli və kreativ layihələri ilə seçilən Hasanzadeh Events Group qısa müddətdə adını tanıtmağı bacarıb. Müasir yanaşma, sosial məsuliyyət, uşaqlara və gələcəyə yönəlmiş ideyalar bu təşkilatın əsas xəttini təşkil edir.

Gündelik.az olaraq Hasanzadeh Events Group-un rəhbəri Şəfəq Həsənzadə ilə görülən işlər, reallaşdırılan layihələr və gələcək hədəflər barədə söhbətləşdik.

Şəfəq xanım, əvvəlcə oxucularımıza özünüz və rəhbərlik etdiyiniz təşkilat haqqında məlumat verməyinizi istərdik.

– Mən Şəfəq Həsənzadə, Hasanzadeh Events Group-un rəhbəriyəm. Təşkilatımız artıq bir ildir ki, ölkəmizdə uğurla fəaliyyət göstərir. 2025-ci  il dekabrın 13-də Hasanzadeh Events Group-un bir yaşı tamam oldu. Bu bir il ərzində müxtəlif istiqamətlər üzrə çoxsaylı layihələr həyata keçirmişik: tədbirlər, yarışlar, biznes görüşləri, mükafatlandırma mərasimləri, forumlar, psixologiya və biznesin idarə olunmasına həsr olunmuş platformalar təşkil etmişik.


 Fəaliyyətinizdə uşaqlara yönəlik layihələr xüsusi yer tutur. Bu istiqamətdə hansı yeniliklərə imza atmısınız?

– Ölkəmizdə ilk dəfə olaraq 148 uşağın iştirakı ilə keçirilən uşaq forumunu məhz Hasanzadeh Events Group reallaşdırıb. Bu, bizim üçün sadəcə tədbir deyil, gələcəyə verilən dəyərin göstəricisi idi. Bundan əlavə, əlaqələrin möhkəmləndirilməsi məqsədilə “səhər yeməyi” konseptində xüsusi networking görüşləri təşkil edirik.


Yeni jurnal layihəniz də cəmiyyət tərəfindən maraqla qarşılanıb. Bu ideya necə yarandı?

– Bəli, yeni layihəmiz “Celebrity Children of Azerbaijan” jurnalını xüsusi vurğulamaq istərdim. Jurnalın ilk nömrəsi dekabrın 13-də – Hasanzadeh Events Group-un bir illiyi münasibətilə çap olundu və oxuculara təqdim edildi.

Bu jurnalı yaratmaqda əsas məqsədimiz Azərbaycanda bacarıqlı, fərasətli, istedadlı uşaqları bir araya gətirmək və onları cəmiyyətə tanıtmaq idi. Jurnal motivasiya xarakteri daşıyır. Uşaqlar onu oxuyaraq həm maariflənəcək, həm də öz potensiallarını kəşf etmək üçün ilham alacaqlar.


– Tədbirlərinizdə dövlət rəsmiləri və tanınmış şəxslər də iştirak edir…

– Tədbirlərimizdə millət vəkilləri Vüqar İskəndərov, Ceyhun Məmmədov və digər tanınmış ictimai xadimlər daima iştirak ediblər. Bu da layihələrimizin ciddiliyinin və ictimai əhəmiyyətinin göstəricisidir.


– Hasanzade Events Group-un ilk addımı hansı layihə ilə başlayıb?

– Təşkilatımızın yarandığı gün – 2024-cü il dekabrın 13-də Gənclər və İdman Nazirliyinin və Paralimpiya Komitəsinin dövlət dəstəyi ilə Paralimpiya Komitəsinin 10 illik yubiley tədbirini təşkil etdik. Bu bizim üçün həm məsuliyyətli, həm də qürurverici bir başlanğıc idi.


– Hal-hazırda hansı qurumlarla əməkdaşlıq edirsiniz?

– Karate Federasiyası ilə əməkdaşlıq edirik, müxtəlif tədbirlərin bədii hissələrini təşkil edirik. Hazırda Hasanzadeh Events Group-da 8 nəfərlik peşəkar komanda fəaliyyət göstərir. Məqsədimiz daha genişmiqyaslı, “Qrant” layihələrə imza atmaqdır.


– Sosial və milli yaddaşa yönəlik tədbirləriniz də var…

– Bəli, Xocalı faciəsinin anım günü, 20 Yanvar faciəsi ilə bağlı silsilə tədbirlər təşkil etmişik. Bizim üçün tədbir yalnız əyləncə deyil, həm də tarixi yaddaşın qorunmasıdır.


– Daimi tərəfdaşlarınız kimlərdir?

– Final, Azərçay, Xonça cake bakery, Bella gigiyenik vasitələri, “Sağlam Ailə Tibb Mərkəzi”  Hasanzade Events Group-un daimi tərəfdaşlarıdır. Onlar bütün layihələrimizdə bizimlə birgə addımlayırlar.


– Gələcək planlarınız nələrdir?

– Hasanzadeh Events Group-un heg.az adlı rəsmi saytı fəaliyyət göstərir. Hazırda YouTube kanalımızın açılması üzərində də çalışırıq. Əsas məqsədimiz daha irəli getmək, dövlətimizə fayda verən, cəmiyyət üçün dəyər yaradan layihələr hazırlamaqdır.

Biz başqalarından kreativliyimizlə seçilirik. Hamının etdiyi tədbirləri yox, fərqli konseptləri seçirik ki, insanlar yorulmasın, tədbirdən zövq alsın.


Nəticə olaraq:

Şəfəq Həsənzadənin rəhbərliyi il Hasanzadeh Events Group tədbir sahəsində yeni nəfəs, yeni baxış və kreativ yanaşma ilə yoluna davam edir. Gələcək hədəflər isə bu yolun yalnız başlanğıc olduğunu göstərir.

     

       

Hazırladı: Gülçin Abdullayeva

Gündelik.az