Sentyabr 2, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Kollagen itkisini yavaşladır: Gecə yatmazdan əvvəl bunu içməyi unutmayın

30 yaşdan etibarən dəridə kollagen istehsalı təbii olaraq azalmağa başlayır. Mütəxəssislər gecə qəbul edilən bəzi içkilərin tərkibindəki antioksidant və zülallar sayəsində dərinin struktur bütövlüyünü dəstəkləyə biləcəyinə diqqət çəkirlər.

Dərinin həm möhkəmliyinin, həm də elastikliyinin qorunmasında mühüm rol oynayan kollagen yaş artdıqca daha yavaş istehsal olunur. Xüsusilə 30 yaşdan sonra başlayan bu proses incə qırışların, elastiklik itkisi və dəridə quruluq kimi yaşlanma əlamətlərinin daha nəzərəçarpan olmasına səbəb olur. Lakin balanslı qidalanma və sağlam həyat tərzi kollagen sintezini dəstəkləyən əsas amillər sırasındadır.

HƏR GECƏ QƏBUL EDİN!

Gecə rutininizə əlavə edə biləcəyiniz ilıq süd tərkibindəki zülal və amin turşuları sayəsində kollagen sintezi üçün lazım olan maddələrin orqanizmə daxil olmasına töhfə verir.

ZÜLALLA ZƏNGİN QİDALANIN

Kifayət qədər zülal qəbul etmək orqanizmin birləşdirici toxuma zülallarını istehsal etməsi baxımından əhəmiyyətlidir.

C VİTAMİNİ ƏVƏZOLUNMAZDIR!

Bununla yanaşı, C vitamini ilə zəngin qidaların qəbul edilməsi də kollagen sintezi üçün olduqca vacibdir. Çünki C vitamini kollagenin yaranmasında iştirak edən əsas maddələrdən biridir.

GƏNC GÖRÜNÜŞ ÜÇÜN BUNLARA DİQQƏT EDİN

Daha gec qocalmaq və dərinin gənc görünüşünü qorumaq üçün balanslı həyat tərzi olduqca vacibdir. Mütəxəssislərin tövsiyələrinə əsasən diqqət etməli olduğunuz məqamlar:

Antioksidantlarla zəngin qidalar qəbul edin

İspanaq və digər yaşıl yarpaqlı tərəvəzlər, böyürtkən, nar, kök, pomidor, qoz və badam kimi antioksidantlarla zəngin qidalara üstünlük verin.

Omeqa-3 yağ turşuları dəri elastikliyini qoruyur

Qidalanmanıza qızılbalıq, çia toxumu və kətan toxumu kimi məhsulları əlavə edin. Omeqa-3 yağ turşuları dərinin elastikliyinin qorunmasına kömək edir.

Bol su için

Kifayət qədər su qəbul etmək dərinin nəm balansının qorunmasına kömək edir.

Müntəzəm idman edin

Gəzinti, üzgüçülük və velosiped kimi kardio məşqləri qan dövranını yaxşılaşdırır və toxumaların oksigenlə təmin olunmasına kömək edir.

Yoqa və pilates isə düzgün olmayan duruşun düzəldilməsinə və stressin azalmasına kömək edir. Ağırlıq məşqləri əzələ kütləsinin qorunmasına və maddələr mübadiləsinin sürətlənməsinə dəstək olur.

YAY-QIŞ GÜNƏŞDƏN QORUYUCU KREM İSTİFADƏ EDİN!

Ən azı SPF 30 olan günəşdən qoruyucu vasitələrdən istifadə edin. Ultrabənövşəyi şüalar qırışların və dəri ləkələrinin yaranmasına səbəb olur.

DƏRİNİ NƏMLƏNDİRMƏK VACİBDİR!

Nəmləndiricilər, xüsusilə hialuron turşusu və seramid tərkibli məhsullar, dəri baryerinin güclənməsinə kömək edir. Retinol və C vitamini serumları isə kollagen istehsalını dəstəkləyir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az