Gundelik.az Xəbərlər İqtisadiyyat “Kapital Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək
İqtisadiyyat Xəbərlər

“Kapital Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək

“Kapital Bank” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Gundelik.az bu barədə banka istinadən xəbər verir.

Belə ki, yığıncağın mayın 22-də saat 11:00-da Nəsimi rayonu, Neftçilər prospekti 153 nömrəli ünvanda yerləşən “Port Baku ToZer 2” ofisində (17-ci mərtəbədə yerləşən “Silicon Valley” otağı) keçiriləcəyi nəzərdə tutulur.

Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə bir məsələ – “Kapital Bank”ASC tərəfindən 2025-ci il üzrə maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi məsələsi daxil edilib.

Exit mobile version