Gundelik.az Xəbərlər İqtisadiyyat “Kapital Bank”ın səhmdarlarına dividendlər ödəniləcək
İqtisadiyyat Xəbərlər

“Kapital Bank”ın səhmdarlarına dividendlər ödəniləcək

“Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Gundelik.az xəbər verir ki, yığıncağın aprelin 17-də saat 11.00-da, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 153 nömrəli ünvanda yerləşən “Port Baku Towers 2” ofisində (17-ci mərtəbədə yerləşən “Silicon Valley” otağı) keçirilməsi nəzərdə tutulub.

Bankın səhmdarlarının növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

• “Kapital Bank” ASC-nin 2025-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması;

• “Kapital Bank” ASC tərəfindən 2025-ci ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi;

• “Kapital Bank” ASC-nin nizamnamə kapitalında mühüm iştirak payı ilə bağlı müzakirə;

• Digər məsələlər.

Exit mobile version