İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Kəlbəcərdə iki yaşayış məhəlləsinin layihələndirilməsinə 3,3 milyon manat ayrıldı

Kəlbəcər rayonunda 3 və 4-cü yaşayış məhəllələrinin layihələndirilməsinə başlanılır.

Gundelik.az-ın məlumatına görə, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işlərə yekun vurub.

Belə ki, qurum rayonun hər iki yaşayış məhəlləsi üzrə layihələndirməsi işlərini “TK Project” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, ümumilikdə şirkətə 3,3 milyon manat vəsait ödənilib.

Sözügedən işlərin həvalə olunduğu “TK Project” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Kərimli Tofiq Rafiq oğludur.

Gundelik.az