Gundelik.az Ölkə Kəlbəcərdə hərbçilər qəzaya düşdü 
Ölkə Xəbərlər

Kəlbəcərdə hərbçilər qəzaya düşdü 

Kəlbəcərdə hərbçilərin olduğu maşın aşıb.

Gundelik.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb.

Beyləqan rayon sakini 1980-ci il təvəllüdlü Xaliq Quliyevin idarə etdiyi “UAZ” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Nəticədə sükan arxasında olan hərbçi və digər sərnişinlər – Beyləqan rayon sakini 1988-ci il təvəllüdlü Elmir Həsənov və Gəncə şəhər sakini 2000-ci il təvəllüdlü Vaqif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralıların vəziyyətləri qənaətbəxşdir.

Araşdırma aparılır.

Gundelik.az 

Exit mobile version