Tarixi mədəni irsin bərpası və bölgəyə inteqrasiyası
Düzüm-dağım Qarabağ,
Cənnət bağım Qarabağ!
Biz odlar övladıyıq,
İlk ocağım – Qarabağ!
F.Qoca
“Azərbaycan mədəniyyət beşiyidir”, deyənlər yəqin ki, vətənin hər daşını-torpağını ilmə-ilmə gəzib dolanmışdır. Hər lal daşına beləbir tarix əks olunmuş bu qiymətli daşlar sərgisi Qobustan, Şüvəlan, Kəlbəcər, Gəmiqaya və digər yerlərdən tapılmış qayaüstü təsvirlərdən (petroqiliflərdən) məlumdur.
Ayaq tutub dünyaya iz salan İnsanoğlu daş üzərində oyma, bəzəkvurma və fiqur həkk etməklə yanaşı, müxtəlif məzmunlu heykəllər də yaradıblar. Ən nadir abidələrdən olan qəbirüstü heykəllər və Acıdərə-Çıraqlı ərazisindən tapılmış müxtəlif daşlardan düzəldilmiş, qəbirüstü heykəllər (e.ə. I minillik), Qarabağ, Gədəbəy, Lənkəran ərazilərindən 3 minillik tarixi olan nəhəng daş qutu qəbir, Mingəçevir ərazisində arxeoloji qazıntılar zamanı tapılmış IV-VI əsrə aid alban daş kitabəsi nümayiş etdirilir. Bunlarla yanaşı, Oğuz türklərinə aid təsvirlər, üzərinə Qurani-kərim ayəsinin həkk olunduğu sənduqə, XIV əsrə aid üzəri ov və döyüş səhnələrinin təsviri ilə kalliqrafik yazılı qoç fiquru qəbirüstü daş, Şirvan-Azbşeron memarlıq məktəbinə aid üzəri nəbati naxışlı sənduqələr və Azərbaycan xalqına aid mərmərdən yonulmuş qəbir başdaşları öz möhtəşəmliyi ilə təkrarsızdır. Bütün bunlar tarixin əmanəti, ən etibarlı mənbələrindəndir. Belə nümunələr bizim tarixi mədəni irsimizdir. Mədəni irsimizə, sərvətimizə “qəbirüstü heykəllər (” dan, 1300 illik tarixi olan “Kitabi Dədə Qorqud” dan tutmuş, tarixi abidələrimiz, muzeylərimiz, zəngin ədəbiyyatımız, incəsənətimiz və musiqi mədəniyyətimiz, Müsəlman Şərqində yaranan ilk teatr, ilk opera, ilk balet, ilk Elmlər Akademiyası və s. daxildir. AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi 100 ildən çoxdur ki, yaradılıb. Bu gün tariximizi əks etdirən minlərlə eksponatın qorunub saxlandığı muzeylər var. Ekspozisiyalarda nümayiş olunan Daş dövrünə, Paleolit, Neolit, Eneiolit, Tunc və dəmir dövrlərinə aid çaxmaqdaşı, dəvəgözü, əmək alətləri, gil qablar, tunc qılınc və xəncərlər, antik sikkələr, qadın bəzək əşyaları və s. ziyarətçiləri heyrətə gətirir. Ölkəmiz maddi-mədəni irsi və tarixi abidələri ilə də tanınan ölkədir. Onlar sözün əsl mənasında “Qürur Qapısı” dır.
Ü. Hacıbəylinin maarifçi-publisist qələmindən çıxan məqalələrdə yazılanlar belə başlayır: “Lənət olsun o günə ki, maarif və mədəniyyət qapıları bizim üzümüzə bağlanıb, bizi cəhalətin və vəhşaniyyət vadisində sərgərdan qoydu”.
Üzeyir bəy və onun həmfikirləri bu millətin mariflənməsi yolunda nələr etməlidilər ki..
İnsan bəzən bu mənəvi dəyərlərin ilkin məkanını- muzey, abidə və s. görüb, gəzib, nəhayyət tərk etdikdə sanki məkanla deyil, tarixin o möhtəşəm varlığın və ya o dahi şəxsiyyətin özü ilə vidalaşır. Gələcəyə addımlayaraq keçmişi arzulamaq qəribə deyilmi?..
Muzey tarixi, maddi və mənəvi dəyərlərin saxlanıldığı, qorunduğu və öyrənildiyi elm, maarifləndirmə müəssisəsidir. Bütün mədəni dəyərlər, abidələr, muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatların komplektləşdirən, qoruyan, saxlayan, öyrənən və nümayiş etdirən maddi-mənəvi xəzinə hesab olunur. Bu “xəzinə” əslində elm, maarif müəssisəsidir.
XX əsrin 30-cu illərindən sonra bir-birinin ardınca mahiyyətinə görə müxtəlif təmayüllü-dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq, teatr, muzeyləri də yaradılıb. Ermənistanın ölkəmizə təcavüzü nəticəsində 100 mindən artıq əşyanın toplandığı 22 muzey işğal olunmuş ərazidə qalıb. Ermənistan ordusunun işğal etdiyi ərazilərdə xalqımıza məxsus 83 500 ədəddən çox eksponat, 14 xatirə kompleksi və 1891 maddi mədəniyyət resursu talan olunub, 738 tarixi abidə, 28 muzey və 4 rəsm qalereyası tamamilə məhv edilib. Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və hekəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər eksponatlar toplandığı bu muzeylər düşməntərəfindən qarət olunub: “Təkcə Şuşa şəhərində 8 muzey fəaliyyət göstərirdi. Dövlət Qarabağ Tarixi Muzeyi, Uzeyir Hacıbəylinin, Azərbaycanın görkəmli xanım yazarı xan qızı Natavanın, Musiqi sənətimizdə hər bir mütərəqqi yeniliyin yorulmaz, fədakar təşəbbüsü, alovlu təbliğatşısı dahi Bülbülün, Mir Möhsün Nəvvabın və s. ev-muzeyini, Azərbaycan xalça Muzeyinin Şuşa filialı, Qurban Primovun Ağdam rayonundakı xatirə, eləcə də Xocalı, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının da tarix-diyarşünaslıq muzeyləri Ermənistanın təcavüzünə məruz qalaraq darmadağın edildi və yer üzündən silindi. İşğal olunmuş rayonların tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib. Keçmiş SSRİ-yeganə olan Ağdam Çörək Muzeyi yerlə-yeksan olub”.
Qarabağda belə sərvətlər sayagəlməz dərəcədə idi. O mədəni dəyərlərimiz bizim “Yarımçıq qalmış sinfoniya” mıza şevrilmişdi sanki.
Musiqimizin məbədi və beşiyi olan füsünkar Şuşa şəhərinin əsası 1750-ci ildə Qarabağın ilk xanı Pənahəli xan tərəfindən qısa bir müddət ərzində salnan şəhər əvvəllər Pənahabad adlandırılırdı. Sonralar isə Şuşa kəndinin adı ilə Şuşa Qalası adlanmağa başladı. Tarix boyu qala düşmən hücumlarına, basqınlarına məruz qalsa da, heç vaxt düşmən qarşısında əyilməmiş, alınmaz qala olmuşdu.
Dünyada bir neçə şəhər var ki, musiqi onun hər daşına, qalasına, ab-havasına hopub. Belə şəhərlərdən Avstriyanın Vyana, İtaliyanın Neapol, Azərbaycanın isə Şuşa şəhəridir. O Azərbaycanın musiqi məbədidir. Əsrlər boyu zəngin musiqi ənənələri ilə məşhur olmuş Şuşanı Qafqazın konservatoriyası adlandırırdılar. Şuşa konservatoriyasının parlaq nümayəndələri Azərbaycan musiqisini ləyaqətlə təmsil edərək ona şöhrət gətiriblər. Şuşa M. M. Nəvvabın, X. Qulunun, C.Qaryağdıoğlunun, Sadıqcanın, S.Şuşiniskinin, Bülbülün, Xan Şuşiniskinin, Ü.Hacıbəyovun, Niyazinin, R.Behbudovun vətənidir.
XVIII əsrin II yarısında Azərbaycanda baş verən tarixi hadisələr memarlığın inkişafına da təsir göstərmişdi. Bu dövrlərdə Azərbaycanda xalq memarlığı xüsusiyyətləri güclənir, əvvəlki dövrlərdə ön cərgdə duran memorial memarlıq abidələrinin inşası zəifləyir.
Şuşanın memarlıq abidələri içərisində onun bulaqları xüsusi yer tuturdu. “Xan Qızı” bulağı adlanan bulaqlardan biri 12 gözdən 8 çar hovuzdan ibarət olub Xuşud Banu Natavanın evi qarşısında tikilmişdi. Şor bulaq adlanan ikinci bulaq şəhərin Gəncə Qapısı yaxınlığında tikilmiş və original kompozisiyaya məxsus milli naxışlarla bəzədilmişdi. Şuşa şəhəri hamamların həm sayına, həm də orijinal memarlıq üslubuna görə də şöhrət qazanmışdır. XIX əsrdə Şuşada tikintisinə böyük diqqət yetirilirdi. Həmin əsrlərdə 3 cümə məscidi inşa edilmişdi və Şuşada fəaliyyət göstərən 10 karvansara 16 məscid vardı…
Yenə işğal, yenə işğal…
1988-ci illərin sonunda Sovet İttifaqının dağılması ilə Dağlıq Qarabağda fəaliyyət göstərən separatçı qüvvələr yenidən fəallaşdılar. Şuşada və Qarabağda Azərbaycanı xatırladan hər hansı bir iz qoymamaq üçün məqsədyönlü şəkildə qədim tarixi və mədəni abidələr məhv edildi. Ermənistan iqtisadi ekoloji humanitar cinayətlər törədərkən əməllərinə görə apardığı barbar siyasət ucbatından cavab verməli olacağını düşünmürdü. O təcavüzkar dövlət olaraq tökülən qanlara, məhv olan insan talelərinə, körpələrin göz yaşlarına qıyaraq torpaqlarımızı 30 ilə yaxın işğal altında saxladı.
Müharibə əlbəttə amansızdır, soyuqdur, qəbuledilməzdir. Bəzən mütləqdir! Necə ki, 44 günlük müharibəmiz, bizi qələbəyə apardığı yol kimi!
Biz dünyaya göstərdik ki, 44 günlük haqlı savaşımızda düşmən tapdağı altında qalmış torpaqlarımızı və mədəniyyətimizi, mədəni irsimizi xilas etdik.
2020-ci ilin 27 sentyabrında Azərbaycanın şanlı ordusu öz üzərinə düşən vəzifəni şərəflə yerinə yetirməyə başladı. Sonuncu Qarabağ müharibəsi Azərbaycan xalqının qəhrəmanlığını bütün dünyaya göstərdi.
Ölkə prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti və müdrikliyi nəticəsində qələbə qazandıq. Bir də qəhrəman əsgərlərimiz sayəsində…
Ölməz Qabili xatırladım:
Ali qonaqlar gəlir dünyanın hər yerindən.
Ürək yanır, göz dolur şəhid qəbirlərindən…
Düşünüb daşınıram özlüyümdə dərindən:
İntiqam ala bilməz, qana qan ola bilməz
Məzarları bəzəyən ehtiram çiçəkləri…
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!
Ölkə başçımızın hamımızı qürurlandıran, damarımızda, canımızda oyanış, hərarət yaradan, bizi ruhlandıran o böyük sözləri: Əziz Şuşa, sən azadsan! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! –dedik.
Azərbaycan xalqı olaraq əmin idik ki, gün gələcək Cıdır Düzündə, İsa bulağında yenə Qarabağ Şikəstəsi səslənəcək, yenə Qarabağ bülbülləri cəh – cəh vuracaq, biz isə bu səda altında yallı gedəcəyik.
Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Yaşa – yaşa çox yaşa, ey şanlı Azərbaycan!
Ə.A. Güntəkin
AYNUR TURAN

