Gundelik.az Xəbərlər İqtisadiyyat İxracdan ən çox qazanan şirkətlər – ADLAR
İqtisadiyyat Xəbərlər

İxracdan ən çox qazanan şirkətlər – ADLAR

Bu ilin yanvar – fevral ayı üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda olan şirkətlərin adları məlum olub.

Gundelik.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı il üçün mart sayına istinadən xəbər verir.

Məlumata görə, sözügedən şirkətlər aşağıdakılardır:

“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi,“AGRARCO” MMC, “Prime Cotton” MMC,”Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Baku Steel Company” QSC, “PRİME LM” Məhdud Məsuliyyətli Cəmiyyəti ,”P-AQRO” MMC,”KHAN-EL” MMC, “MORS TRADİNG” MMC,”STP ALÜMİNİUM” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına “AzerGold” QSC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR POLYMER” MMC,”AZƏRALÜMİNİUM” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq Və İqtisadi Əməliyyatlar” İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC,Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi,”Socar Cape” MMC,”Sənayecihaz” EİM,”İstisu” Mineral Su Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti,”Qaradağ Şüşə Zavodu” ASC.

Qeyd edək ki, bu ilin yanvar-fevral ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,7% artaraq 580,7 milyon ABŞ dolları təşkil edib. 2026-cı ilin yanvar-fevral ayında yeyinti məhsulları üzrə ixrac 30,5% artaraq 200,6 milyon ABŞ dollarına bərabər olub.

Exit mobile version