Gundelik.az Dünya İtaliyada qar uçqunu: 5 nəfər həlak oldu
Dünya Xəbərlər

İtaliyada qar uçqunu: 5 nəfər həlak oldu

İtaliyanın şimalındakı Alp dağlarında baş verən qar uçqunu nəticəsində 5 nəfər həyatını itirib.

Gundelik.az-ın ANSA aagentliyiə istinadən əlumatına görə, hadisə Alto Adige bölgəsində, Ortles dağ massivində qeydə alınıb.

Məlumata əsasən, uçqun dünən axşam saatlarında dağa qalxan alman xizəkçi qrupunu yaxalayıb. Hadisə zamanı ilkin olaraq 3 nəfərin meyiti tapılıb.

Bu səhər axtarış-xilasetmə işləri bərpa edildikdən sonra daha 2 nəfərin cəsədi aşkar edilib. Beləliklə, faciə nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Exit mobile version