İsveç hökuməti Ukrayna üçün ümumi məbləği 1,42 milyard dollar olan yeni, 21-ci hərbi yardım paketini təsdiqləyib.
Gundelik.az xəbər verir ki, bu barədə müdafiə naziri Pol Conson mətbuat konfransında bildirib.
“Hava hücumundan müdafiənin gücləndirilməsinə ehtiyac təcili olaraq qalır. İsveç Ukraynaya həm kəmiyyət, həm də keyfiyyət baxımından ən böyük dəstəyi verən ölkələrdən biridir. Təchiz etdiyimiz İsveç sistemləri döyüş meydanında çox təsirli olduğunu sübut edib. Vəsait əsasən limanları, yaşayış məntəqələrini, elektrik stansiyalarını və ya hərbi hissələri hava hücumlarından qoruya bilən yeni qısa mənzilli hava hücumundan müdafiə sisteminə xərclənəcək”, – deyə o bildirib.

