Gundelik.az Xəbərlər Kateqoriya seçilməyən İsveç qırıcıları Rusiyaya qarşı döyüş uçuşlarına BAŞLADI
Dünya Kateqoriya seçilməyən Xəbərlər

İsveç qırıcıları Rusiyaya qarşı döyüş uçuşlarına BAŞLADI

İsveç qırıcıları NATO-nun Baltikyanı Hava Patrulu missiyası çərçivəsində ilk döyüş uçuşlarını həyata keçiriblər.

Gundelik.az xəbər verir ki, bu barədə cümə axşamı Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb.

“İsveç JAS-39 Gripen qırıcılarının Malborkda (Polşanın şimalında, Baltik dənizi sahili yaxınlığında yerləşən şəhər) ilk döyüş uçuşları NATO-nun şərq cinahının hava məkanının mühafizəsinin gücləndirilməsi çərçivəsində həyata keçirilib”, – məlumatda deyilir.

Uçuşun Rusiya təyyarələrinin NATO hava məkanına yaxınlaşmasına cavab olaraq həyata keçirildiyi vurğulanır.

Komandanlıq bildirib ki, İsveç pilotları britaniyalı pilotlarla birlikdə patrul xidməti həyata keçirir.

Qeyd edək ki, bu il martın sonunda İsveçin altı Jas 39 Gripen döyüş təyyarəsi NATO-nun şərq cinahı üzərində hava patrullarında iştirak etmək üçün Malbork Hava Bazasına aparılıb. Bu, Krallığın NATO-ya qoşulmasından sonra İsveç Hərbi Hava Qüvvələrinin ilk belə missiyasıdır. Britaniyanın “Eurofighter Typhoon” qırıcılarından ibarət qrup da aviabazaya yerləşdirilib.

Gundelik.az

Exit mobile version