Tel-Əviv mərkəzli Milli Təhlükəsizlik Araşdırmaları İnstitutu İsrail vətəndaşlarının 78,5%-nin İrana qarşı hücumları dəstəklədiyini göstərən ictimai rəy sorğusunun nəticələrini açıqlayıb.
Sorğu, İsrail və ABŞ tərəfindən 28 fevralda İrana qarşı başladılan ortaq hücumdan iki həftə sonra, vətəndaşların bu əməliyyatlara münasibətini öyrənmək məqsədilə keçirilib.
İsrail rəsmilərinin açıqlamalarına görə, əhalinin təxminən 77%-i yəhudi, təxminən 21%-i isə İsrail vətəndaşı olan fələstinlilər, bədəvilər və druz ərəblərdən ibarətdir. Sorğuda iştirak edənlərdən 805 nəfər suallara ivrit dilində, 152 nəfər isə ərəb dilində cavab verib. Araşdırmanın təxminən 95% dəqiqlik səviyyəsinə malik olduğu bildirilib.
Sorğu nəticələrinə görə:
İsrail vətəndaşlarının 78,5%-i İrana qarşı hücumları dəstəkləyir.
2 martda aparılan əvvəlki sorğuda bu göstərici 80,5% idi.
İştirakçıların 60%-i hücumları uğurlu hesab edir.
Hücumların İran rəhbərliyi devrilənə qədər davam etdirilməsinə dəstək 63%-dən 54%-ə düşüb.
Hücumların İran rəhbərliyini zəiflədəcəyi fikrini dəstəkləyənlərin nisbəti 69%-dən 58%-ə enib.
İştirakçıların:
46%-i müharibə bir ay davam edərsə tab gətirə biləcəyini,
47%-i isə bir aydan uzun çəksə belə bu şəraitdə yaşamağa davam edə biləcəyini bildirib.
Bundan əlavə, israillilərin 48%-i Livana qarşı hücumların uzunmüddətli təhlükəsizlik təmin edəcəyinə inanır.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
