Belçika Xarici İşlər Nazirliyi İsrailin Brüsseldəki səfirini çağırıb.
Gundelik.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, bu addım İsrail hökumətinin Qəzza zolağının bütün ərazisini hərbi yolla ələ keçirmək planı ilə bağlı atılıb.
Xarici işlər naziri Prevot, İsrailin qərarını pisləyərək bunun beynəlxalq hüquqa zidd olduğunu bildirib.
Prevot, həmçinin İsrailin Fələstin torpaqlarını qəsb edən və Fələstin Dövlətinin ərazi bütövlüyünü təhdid edən E1 layihəsi kimi addımlarını da tənqid edib. O, bu hərəkətlərin “Fələstini xəritədən silmək potensialına” malik olduğunu vurğulayıb və niyyətlərin dəyişdirilməsi üçün çağırış edib.
Gundelik.az
