İran İsrailə qarşı yeni cavab zərbələri endirməyə davam edir. Bu zərbələr ballistik və hipersəs raketlərlə həyata keçirilir. İndiyə qədər üç yerə düşən raketlər nəticəsində 13 nəfər həlak olub, 2000-dən çox insan yaralanıb.
İranın ölümcül raketlərə sahib olduğu bilinsə də, son üç gündə ballistik raketlərinə kaset başlıqlı raketlər əlavə edilib. Bu raketlər hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanmadan Təl-Əvivə çata bilir. Ən son olaraq, İsrail tərəfindən havada tutulub məhv edilən bir raket Təl-Əviv yaxınlığındakı Elad kənd ərazisində aşkar edilib. Raketin ölçüsü diqqətəlayiq idi. İsrail ordusu bildirib ki, İrandan atıldığı müəyyən edilən raketləri ələ keçirmək üçün hava hücumundan müdafiə sistemləri işə salınıb. İsrail hökuməti təhlükə altında olan ərazilərdə yaşayanlara sığınacaq axtarmağa çağıran xəbərdarlıq mesajları göndərib.
Mənbə: CBC News.com
Tərtib etdi :Səid Mikayılzadə
Gundelik.az

