İsrail Müdafiə Qüvvələri (İDF) şənbə günü gecə Livanda Hizbullahın infrastruktur obyektinə zərbələr endirib.
Gundelik.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Gecə İsrail Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Livanın cənubundakı Naqoura bölgəsində “Hizbullah” terror təşkilatının Radvan infrastruktur obyektinə zərbə endirib”, – deyə məlumatda bildirilir.
İDF-nin məlumatına görə, bu obyekt İsrail və Livan arasında razılaşmaları pozaraq İsrail mülki əhalisinə qarşı terror hücumları həyata keçirmək üçün istifadə edilib.
“İsrail Müdafiə Qüvvələri İsrail dövlətinə qarşı bütün təhdidləri aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcək”, – mətbuat xidməti vurğulayıb.
Gundelik.az
