Gundelik.az Dünya İsrail bəzi səfirliklərini bağlayır
Dünya Siyasət Xəbərlər

İsrail bəzi səfirliklərini bağlayır

“İrana zərbə endirilməsi fonunda bəzi İsrail səfirlikləri bağlanacaq”.

Gundelik.az xəbər verir ki, bu  barədə “Ynet”  nəşri məlumat yayıb.

“Bəzi səfirliklər, xüsusən də təhlükəsizlik baxımından həssas ərazilərdə yerləşən səfirliklər bu gündən ən azı bazar ertəsi gününə qədər bağlı qalacaq”, – KİV-də qeyd olunub.

Nəşrin məlumatına görə, hazırda bütün İsrail səfirlikləri maksimum hazırlıq vəziyyətindədir. Ev sahibi ölkələrin təhlükəsizlik qüvvələri mümkün nümayişlər və etirazlarla bağlı narahatlıqlar səbəbindən diplomatik nümayəndəliklər üçün təhlükəsizlik tədbirlərinin artırılmasını xahiş ediblər./unikal

Gundelik.az

Exit mobile version