İsrail Livanda atəşkəsdən bəri ilk hücumunda çərşənbə axşamı Beyrutda Hizbullahın yüksək rütbəli komandirini hədəf alıb.
Baş nazir Benyamin Netanyahu verdiyi açıqlamada İsrailin elit Radvan qüvvələrinin komandirini hədəf aldığını bildirib. İsrailli mənbə bildirib ki, hücum əvvəlcədən ABŞ ilə əlaqələndirilib.
Netanyahu zərbənin hədəfinin adını çəkməsə də, onun komandanlığı altında Radvan qüvvələrinin yaraqlılarının İsrail icmalarına və əsgərlərinə hücumlar təşkil etməsindən məsul olduğunu bildirib.
Müdafiə naziri İsrael Katz ilə birgə verilən açıqlamada zərbənin hədəfənin qəti şəkildə öldürüldüyünü bildirməyib. İsrail rəsmisi bildirib ki, İsrail hücumdan Radvan qüvvələrinin komandir müavininin də yaralandığına inanır.
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: CNN
Gundelik.az

