Gundelik.az Dünya İraq hava məkanını daha 3 gün bağlı saxlayacaq
Dünya Xəbərlər

İraq hava məkanını daha 3 gün bağlı saxlayacaq

ABŞ və İsrailin İrana qarşı hücumlarının davam etməsi səbəbilə hava məkanını uçuşlara bağlayan İraq bu müddəti daha 3 gün uzatmaq qərarı verib.

İraqın Mülki Aviasiya Qurumu tərəfindən yayılan yazılı açıqlamada bildirilib ki, Yaxın Şərqdə gərginliyin davam etməsi səbəbindən hava məkanının daha 72 saat müddətinə uçuşlara bağlı qalması qərara alınıb.

Açıqlamada qeyd olunub ki, bu qərar 3 aprel cümə günü yerli vaxtla saat 12:00-dək qüvvədə olacaq.

İraq daha əvvəl – 28 fevralda ABŞ və İsrailin İrana hücumlarını pisləyərək hava məkanını 24 saatlıq bağladığını elan etmişdi. Daha sonra bu müddət bir neçə dəfə uzadılıb.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version