Gundelik.az Siyasət İrandan daha 6 nəfər Azərbaycana təxliyə edilib
Siyasət Xəbərlər

İrandan daha 6 nəfər Azərbaycana təxliyə edilib

İrandan Azərbaycan sərhədi ilə təxliyə prosesi davam edir.

Gundelik.az apa-ya istinadən xəbər verir ki, bu gün saat 10:00-dan 12:00-dək Astara Dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə 4 Azərbaycan, 1 Qazaxıstan və 1 Çin vətəndaşının təxliyəsi həyata keçirilib.

Qeyd edək ki, fevralın 28-i saat 08:00-dan martın 12-si saat 08:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 2283 nəfər təxliyə edilib.

Exit mobile version