İranın şimalındakı Gilan əyalətinin Rəşt şəhərində küçədə baş verən partlayışda 13 nəfər yaralanıb.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.9
Partlayış nəticəsində dil tədris mərkəzi, zərgərlik mağazası, park edilmiş avtomobillər və yaxınlıqdakı bir neçə mağazanın zədələndiyi bildirilir.
Rəşt Yanğından Mühafizə İdarəsindən verilən açıqlamada ilkin məlumata görə, partlayışın qaz sızması nəticəsində baş verdiyi, hadisə nəticəsində 13 nəfərin yaralandığı bildirilib.
Rəşt Baş Prokurorluğundan verilən məlumata görə, partlayış küçədəki zərgərlikdə baş verib və itki yoxdur.
Gundelik.az

