İranın Bəndər Abbas şəhərindəki Şəhid Rəcai ticarət limanında baş verən partlayışa səhlənkarlıq və təhlükəsizlik qaydalarının pozulması səbəb olub.
Gundelik.az Tasnim agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın daxili işlər naziri İskəndər Müameni bildirib.
“Daxili İşlər Nazirliyinə məlum olub ki, hadisə səhlənkarlıq və nöqsanlar, habelə limanda təhlükəsizlik məsələlərinə və mülki müdafiə qaydalarına ciddi yanaşılmadığından baş verib”, – deyə məlumatda bildirilir.
Artıq bir neçə nəfərin istintaqla bağlı dindirilməyə çağırıldığı bildirilir.
Aprelin 26-da İranın cənubunda yerləşən Bəndər Abbas liman şəhərində güclü partlayış baş verib. İlkin məlumatlara görə, partlayış təhlükəli materiallar və kimyəvi maddələr olan anbarda baş verib. Daha əvvəl partlayış nəticəsində ölənlərin sayının 40 nəfəri ötdüyü bildirilirdi.
Gundelik.az

