Gundelik.az Dünya İran və MAQATE rəhbərləri yeni əməkdaşlıq sazişini müzakirə edəcəklər
Dünya Siyasət Xəbərlər

İran və MAQATE rəhbərləri yeni əməkdaşlıq sazişini müzakirə edəcəklər

İranın xarici işlər naziri Abbas Əraqçi bu həftə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ilə görüşəcək.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, tərəflər yeni əməkdaşlıq sazişinin şərtlərini müzakirə edəcəklər.

Məlumatda qeyd olunur ki, görüş İranın nüvə proqramı ətrafında diplomatik danışıqların bərpasında mühüm dönüş nöqtəsi ola bilər. Yekun razılaşmanın əldə olunması Tehranın zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı artan narahatlıqlar fonunda gərginliyin qarşısını almağa, Avropanın təzyiqlərini azaltmağa və İranla MAQATE arasında etimadı gücləndirməyə imkan verə bilər.

Xatırladaq ki, sentyabrın 5-də Vyanada İran nümayəndə heyəti ilə MAQATE rəsmiləri arasında görüş keçirilib. Agentliyin rəhbəri Rafael Qrossi bazar ertəsi açıqlamasında yaxın günlərdə İranla MAQATE müfəttişlərinin ölkənin nüvə obyektlərinə çıxışı ilə bağlı razılaşmanın yenilənəcəyinə ümid etdiyini bildirib.

“İrəliləyiş əldə olunub. Ümid edirəm ki, yaxın günlərdə biz İranla davamlı əməkdaşlığın bərpası istiqamətində müsbət nəticə əldə edəcəyik”, – Qrossi MAQATE-nin Rəhbərlər Şurasının iclasından sonra verdiyi açıqlamada deyib.

Gundelik.az 

Exit mobile version