İran İngiltərə, Fransa və Almaniya ilə 2015-ci ildə imzalanmış nüvə sazişinin Avropa tərəflərinin xarici işlər nazirlərinin müavinləri səviyyəsində nüvə danışıqlarına başlamağa razılaşdıqları bildirilir.
Gundelik.az xəbər verir ki, bu barədə “Tasnim” Xəbər Agentliyi adı açıqlanmayan diplomatik mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, İranla üç Avropa ölkəsi nüvə danışıqlarının aparılması barədə razılığa gəlib, lakin danışıqların vaxtı və yeri ilə bağlı məsləhətləşmələr davam edir.
Bazar günü Cenevrə və ya Vyanada keçirilməsi planlaşdırılan danışıqların xarici işlər nazirlərinin müavinləri səviyyəsində aparılacağı bildirilib.
Gundelik.az
