İran Silahlı Qüvvələri Türkiyənin suverenliyinə hörmət etdiyini və Türkiyə ərazisinə hər hansı raket atılmadığını açıqlayıb.
İran Silahlı Qüvvələri dövlət mediası vasitəsilə yaydığı bəyanatda Türkiyənin suverenliyinə hörmət etdiklərini və Türkiyə torpaqlarına heç bir raket buraxmadıqlarını bildirib.
Tehran rəhbərliyi bölgədəki hərbi hərəkətliliyin Türkiyəni hədəf almadığını vurğulayıb. Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) isə İrandan buraxılan və Türkiyə hava məkanına yönələn bir ballistik sursatın zərərsizləşdirildiyini açıqlayıb.
Nazirlik bildirib ki, sözügedən raket Suriya və İraq üzərindən keçdikdən sonra Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO hava və raketdən müdafiə sistemləri tərəfindən vaxtında müdaxilə edilərək məhv edilib.
Açıqlamada qeyd olunub ki, İrandan atılaraq İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən ballistik sursata Şərqi Aralıq dənizində yerləşən NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən vaxtında müdaxilə edilib.
Hataya düşən qalıqlar hava müdafiə raketinə aiddir
Təhdidin havada məhv edilməsindən sonra Hatay vilayətinin Dörtyol rayonuna düşən hissələrlə bağlı məlumat verilən açıqlamada bildirilib:
Hatay vilayətinin Dörtyol rayonunda düşən sursat parçasının, havada zərərsizləşdirilən təhdidə qarşı istifadə olunan hava müdafiə raketinə aid olduğu müəyyən edilib. Hadisə nəticəsində hər hansı insan itkisi və ya yaralanma qeydə alınmayıb.
“Təhdid haradan gəlirsə gəlsin, cavab veriləcək”
Açıqlamada Türkiyənin regional sabitlik və sülh tərəfdarı olduğu vurğulanıb və ölkənin, eləcə də vətəndaşların təhlükəsizliyini təmin etmək iradə və imkanının ən yüksək səviyyədə olduğu bildirilib.
Bəyanatda deyilir: “Kimdən və haradan gəlməsindən asılı olmayaraq, torpaqlarımızın və vətəndaşlarımızın təhlükəsizliyini təmin etməyə qadirik. Hava məkanımızın müdafiəsi ilə bağlı bütün addımlar qətiyyətlə və tərəddüdsüz atılacaq. Ölkəmizə qarşı hər hansı düşmən mövqeyə cavab vermək hüququmuzun saxlı olduğunu xatırladırıq.”
Açıqlamada bütün tərəflərə münaqişələrin genişlənməsinə səbəb olacaq addımlardan çəkinmək çağırışı edilib və bu çərçivədə NATO və digər müttəfiqlərlə məsləhətləşmələrin davam etdiriləcəyi qeyd olunub.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

