Gundelik.az Dünya İran: Trumpın, təsirləri İranla məhdudlaşmayacaq təhdidlərindən imtina etməsini tövsiyə edirik
Dünya Siyasət Xəbərlər

İran: Trumpın, təsirləri İranla məhdudlaşmayacaq təhdidlərindən imtina etməsini tövsiyə edirik

İran Xarici İşlər Nazirliyinin müavini Kazim Qəribabadi bildirdi ki, ABŞ Prezidenti Donald Trump İranın mülki infrastrukturasına hücum təhdidlərini həyata keçirsə, “super müharibə cinayətkarı” olacaq və Tehran hər cür hücuma və ya təhdidə “dərhal və peşmanedici” cavab verəcək.

Qəribabadi, X sosial media platformasında paylaşdığı mesajında ABŞ Prezidentinin İranın mülki infrastrukturasına hücum təhdidləri daxil olmaqla ölkəyə hücumlarını qiymətləndirdiyini yazdı.

O, İranın ərazi bütövlüyünə qarşı güc tətbiq edilməsinin Birləşmiş Millətlər Təşkilatı (BMT) Nizamnaməsinin açıq pozuntusu və BMT Baş Məclisinin 3314 saylı qətnaməsinə görə hücum nümunəsi olduğunu bildirdi və əlavə etdi:

“Beynəlxalq Cinayət Məhkəməsi Roma Statüsünün 8-ci maddəsinə əsasən, enerji stansiyalarına və körpülərə (mülki infrastruktura) hücum təhdidi etmək və 1977-ci il Birinci Cenevrə Protokolunun 52-ci maddəsinə əsasən ABŞ Prezidenti, ölkəsinin ən yüksək vəkili olaraq, açıq şəkildə müharibə cinayətləri törətmək təhdidində bulunmuşdur. Bu hərəkət, Beynəlxalq Cinayət Məhkəməsi və hər hansı səlahiyyətli milli məhkəmə qarşısında fərdi cinayət məsuliyyətini doğuracaq.”

Qəribabadi vurğuladı ki, İran qanuni müdafiə fəaliyyətini davam etdirəcək:

“İran BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq hər cür hücuma və ya yaxın təhdidə qəti, dərhal və peşmanedici şəkildə cavab verəcək.

ABŞ Prezidentinə tövsiyə olunur ki, təsirləri İranla məhdudlaşmayacaq bu təhdidləri həyata keçirməkdən imtina etsin, əks halda tarixin super müharibə cinayətkarı kimi adını qeyd edəcək.”

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version