Gundelik.az Dünya İran Silahlı Qüvvələrindən ABŞ-yə sərt xəbərdarlıq: “Əlimiz tətikdədir”
Dünya Siyasət Xəbərlər

İran Silahlı Qüvvələrindən ABŞ-yə sərt xəbərdarlıq: “Əlimiz tətikdədir”

İran Silahlı Qüvvələrinin əməliyyatları idarə edən əsas strukturlarından biri olan Hatemül Ənbiya Mərkəzi Qərargahı ABŞ ilə artan gərginlik fonunda sərt bəyanat yayıb.

İran mediasının məlumatına görə, yayılan bildirişdə ABŞ rəhbərliyi və hərbi komandirlərinə açıq xəbərdarlıq edilib. Bəyanatda qeyd olunur ki, ABŞ tərəfindən səsləndirilən təkrarlanan təhdidlərə cavab olaraq İran ordusu tam hazırlıq vəziyyətindədir.

“ABŞ prezidenti və həmin ölkənin aqressiv komandirlərini xəbərdar edirik. Əlimiz tətikdədir. İran ərazisinə hər hansı hücum baş verərsə, əvvəlcədən müəyyən edilmiş hədəflərə daha sərt şəkildə zərbə endiriləcək,” – deyə bildirilib.

Bu açıqlama regionda onsuz da yüksək olan gərginliyin daha da artacağı ilə bağlı narahatlıqları gücləndirir.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version