İran, Rusiya və Çin Tehranda nüvə müzakirələri və İrana qarşı sanksiyaları müzakirə ediblər.
Gundelik.az xəbər verir ki, iranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Rusiya və Çinin yüksək səviyyəli diplomatları, ABŞ və Avropa ilə İran arasında nüvə danışıqları və İrana qarşı sanksiyalar məsələsini müzakirə etmək üçün Tehranda üçtərəfli görüş keçirib.
Görüşdə tərəflər üç ölkə arasında müxtəlif səviyyələrdə bu cür görüşlərin növbəti həftələrdə də davam etdirilməsi barədə razılığa gəliblər.
Gundelik.az
