İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

İran rialı rəsmi olaraq dünyanın ən ucuz valyutası oldu

İranda geniş yayılmış etirazlar fonunda rialın məzənnəsi rekord həddə aşağı düşüb.

Bu barədə Gundelik.az “Reuters”a istinadən xəbər verir.

27 yanvar tarixinə olan məlumata görə, 1 ABŞ dolları təxminən 1.468.000 rial təşkil edir. Hazırda İran rialı rəsmi olaraq dünyanın ən ucuz valyutasıdır. 

Qeyd edilib ki, İranın valyutası illər ərzində sanksiyalar və iqtisadi problemlər səbəbindən əhəmiyyətli dərəcədə dəyərdən düşüb və bu da ötən ilin sonlarında ölkə daxilində kütləvi etirazlara səbəb olub.