İran Silahlı Qüvvələri ölkənin qərb bölgəsində keçirilən hərbi təlimlər səbəbindən hava məkanını müvəqqəti olaraq bağlayıb.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Avqustun 21-22-ni əhatə edən müddət üçün qərb bölgələrinin səmasında uçuşlara məhdudiyyət tətbiq olunması ilə bağlı NOTAM (aviatorlar üçün bildiriş) yayımlanıb.
Müdafiə strukturlarının məlumatına görə, qərb bölgələrində silsilə hərbi təlimlər davam edir.
Gundelik.az

