İyul 8, 2026
Baku
Dünya Xəbərlər

İran Prezidenti Məsud Pezeşkian: “Nə müharibə, nə də sülh vəziyyətindən çıxmalıyıq”

İran Prezidenti Mesud Pezeşkian ölkənin üzləşdiyi iqtisadi çətinliklərə diqqət çəkərək, ölkənin “nə müharibə, nə də sülh” adlandırdığı qeyri-müəyyən vəziyyətdən çıxmasının vacib olduğunu bildirib.

İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Pezeşkian Tehranda keçirilən və ölkənin əvvəlki rəhbərlərindən biri olan Ali Xamenei ilə bağlı anım tədbirində çıxış edib.

Prezident bildirib ki, hazırda əsas prioritet ölkədə milli birliyin qorunmasıdır. O, ABŞ-ın İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların əhali üzərində ciddi mənfi təsirlər yaratdığını vurğulayıb.

Xalqın üzərindəki iqtisadi yükün azaldılmasının vacibliyini qeyd edən Pezeşkian deyib:

“Nə müharibə, nə də sülh vəziyyətindən çıxmalıyıq. Müharibə ölkənin maraqlarına uyğun deyil. Lakin düşmən də İran xalqının təslim olacağını düşünməsin.”

İran Prezidenti həmçinin ölkədəki siyasi qüvvələrə və dövlət rəsmilərinə müraciət edərək, siyasi qarşıdurmaları bir kənara qoymağa və diqqəti vətəndaşların problemlərinin həllinə yönəltməyə çağırıb.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az