Gundelik.az Dünya İran ordusu ABŞ və İsrailə yüzlərlə raket və minlərlə PUA ilə hücum etdiyini açıqladı
Dünya Xəbərlər

İran ordusu ABŞ və İsrailə yüzlərlə raket və minlərlə PUA ilə hücum etdiyini açıqladı

İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Muhammed Ali Naini bildirib ki, indiyə qədər ABŞ və İsrail hədəflərinə təxminən 700 raket və 3 600-ə yaxın pilotsuz uçuş aparatı (PUA) atılıb.

İran Dövlət Televiziyasına danışan Naini bu məsələ ilə bağlı məlumat verib. O deyib:

“İndiyə qədər ABŞ və İsrail hədəflərinə təxminən 700 raket və 3 600-ə yaxın PUA atılıb.”

İranlı hərbi sözçü həmçinin iddia edib ki, ABŞ və İsrail hərbçiləri arasında ölən və yaralananların sayı təxminən 5 min nəfərdir.

Naini əlavə edib ki, 118 pilotsuz uçuş aparatı vurularaq məhv edilib.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version