İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının ABŞ, İsrail və onların müttəfiqləri isdisna olmaqla, bütün ölkələr üçün açıq qaldığını bir daha vurğulayıb. İran dövlət televizasiyanın məlumatına görə, İranın xarici işlər naziri Əraqçi bu açıqlamanı Tehranda Xarici İşlər Nazirliyinin sözçü ofisi tərəfindən təşkil edilən konfransında verilib.
Erakçi ölkəsinin ABŞ-İsrail təcavüzünə qarşı qanuni şəkildə özünü müdafiə etdiyini bildirib və əvvəlcə “qeyd-şərtsiz təslim olmağı” tələb edən ABŞ-ın sonradan atəşçəs tələb etdiyini qeyd edib. O, əlavə edib: “Biz heç bir mesaj göndərmədik və ya atəşkəs tələb etməkdir, amma bu müharibə düşmənlərin bir daha təcavüz etməyi düşünmələrinin qarşısını alacaq şəkildə başa çatmalıdır. Onlar artıq yaxşı bir dərs alıblar. Onlar hansı millətlə qarşılaşdıqlarını başa düşürlər. İran özünü müdafiə etməkdən çəkinməyəcək və lazım olduğu qədər müharibəni davam etdirəcək”.
Hörmüz boğazı haqqında danışan Erakçi, “Bizim fikrimizcə, boğaz açıqdır, ancaq yalnız düşmənlər və onların müttəfiqləri üçün bağlıdır. Biz müqavimət gösdəririk və tərəddüt etmədən davam edəcəyik” dedi.
Dünya neft istehrakının 20%-nin daşındığı Hörmüz boğazı neft daşınması üçün strateji əhəmiyyət kəsb etsə də, İran İnqilab Keşikçiləri Korpusu onu “de-fakto” bağladıqdan sonra boğazda nəqliyyat dayanıb.
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: CNN Türk
Gundelik.az

