İyul 8, 2026
Baku
Dünya Xəbərlər

İran: ABŞ öz əsgərlərini bombalayıb

İran, ABŞ-a aid F-15E tipli döyüş təyyarəsinin pilotunu xilas etmək üçün göndərilən ABŞ hərbi nəqliyyat təyyarələrinin İran hava müdafiəsi tərəfindən vurulduğunu və bunun nəticəsində “ABŞ-ın öz əsgərlərini bombaladığı” açıqlamasını verib.

İranın açıqlaması

İran Silahlı Qüvvələrinin Hatemül Enbiya Mərkəzi Qərargahının sözçüsü Polkovnik İbrahim Zülfikari bildirib ki:

ABŞ təyyarələri İran hava müdafiəsi tərəfindən vurulub və bu əməliyyat nəticəsində ABŞ öz əsgərlərini bombalayıb.

ABŞ Prezidenti Donald Trump çətin vəziyyətdədir və ABŞ ordusunun məğlubiyyətini propaganda ilə ört-basdır etmək mümkün deyil.

Döyüş təyyarəsinin vurulması

İran İnqilab Keşikçiləri Ordusu 3 aprel tarixində ölkənin mərkəzində bir döyüş təyyarəsini hava müdafiə sistemi ilə vurub.

İran mətbuatı ABŞ-a aid təyyarənin pilotunun əsir alınmış ola biləcəyini yazıb.

ABŞ-ın açıqlaması

ABŞ mətbuatına danışan rəsmi şəxslər uçağın düşməsini təsdiqləyib, bir ekipaj üzvünün xilas edildiyini, ikinci şəxsin xilas olunması üçün axtarışların davam etdiyini bildiriblər.

ABŞ daha sonra ikinci pilotu da xilas etdiklərini açıqlayıb.

Əlavə məlumat

Zülfikari isə ABŞ-ın ikinci pilotu xilas etmək üçün keçirdiyi əməliyyatın uğursuz olduğunu iddia edib.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az