İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

İran: “ABŞ-nin əsassız tələbləri davam etdikcə danışıqlara qayıtmayacağıq”

İranın xarici işlər naziri Abbas Arakçi bildirib ki, ABŞ “həddindən artıq” və “əsassız tələblər” irəli sürmək siyasətindən əl çəkmədiyi müddətdə Tehran danışıqlar masasına qayıtmayacaq.

Gundelik.az-ın İran dövlət televiziyasının məlumatına görə, Arakçi bu barədə Məşhəd şəhərində jurnalistlərə açıqlama verib.

O qeyd edib ki, amerikalılar həddindən artıq tələblərdən imtina etmədikcə və əsassız mövqelərini dəyişmədikcə, İran  danışıqlara qayıtmayacaq.

Nazir ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun vasitəçilər vasitəsilə Tehranla əlaqə saxladığını təsdiqləyib və dolayı danışıqların davam etdiyini bildirib. Erakçi həmçinin ABŞ və İsrailin İrana qarşı təzyiqlərinə diqqət çəkərək qeyd edib ki, Vaşinqton tərəflərin maraqlarına hörmət edən yanaşma nümayiş etdirsə, danışıqların bərpa olunması mümkün ola bilər.

Nüvə danışıqları haqqında
Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) adlanan nüvə sazişi 14 iyul 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri — ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa — eləcə də Almaniya (5+1 formatı) ilə İran arasında imzalanıb.

2018-ci ilin may ayında ABŞ-ın o zamankı prezidenti Donald Tramp ölkəsini birtərəfli qaydada sazişdən çıxardığını bəyan edib. Sonrakı illərdə nüvə danışıqlarını bərpa etmək cəhdləri nəticəsiz qalıb və İran uranı 60 faizə qədər zənginləşdirib.

Tehran bildirir ki, danışıqlar yalnız qarşılıqlı hörmət və real kompromis əsasında mümkündür. 

Gundelik.az