Oktyabr 12, 2026
Baku
Xəbərlər

“Instagram” və “TikTok”un fəaliyyətində problem yarandı

“Instagram” və “TikTok” sosial şəbəkələrinin fəaliyyətində problem yaranıb.

Gundelik.az xəbər verir ki, bəzi istifadəçilər platformalardan istifadə zamanı çətinliklərlə üzləşdiklərini bildirirlər.

Şikayətlərə əsasən, “Instagram”da lent yenilənmir, profillər açılmır. “TikTok”da isə paylaşımların yüklənməsində problem müşahidə olunur.

Yaranan problemin səbəbi və əhatə dairəsi hələlik məlum deyil.