Gundelik.az Mədəniyyət və cəmiyyət İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 11 099 nəfər artıb
Mədəniyyət və cəmiyyət Xəbərlər

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 11 099 nəfər artıb

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 11 099 nəfər və ya 0,1 % artaraq 2026-cı il iyul ayının 1-i vəziyyətinə 10 milyon 273 min 450 nəfərə çatıb.

Gundelik.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, ölkə əhalisinin 54,3 %-ni şəhər, 45,7 %-ni kənd sakinləri, 49,8 %-ni kişilər, 50,2 %-ni isə qadınlar təşkil edir.

İyul ayının əvvəlinə əhalinin 4,6 %-i Naxçıvan Muxtar Respublikasının, 22,9 %-i Bakı şəhərinin, 9,3 %-i Lənkəran-Astara, 8,6 %-i Abşeron-Xızı, 7,3 %-i Qarabağ, 7,1 %-i Mərkəzi Aran, 6,6 %-i Qazax-Tovuz, 6,1 %-i Şəki-Zaqatala, 5,8 %-i Gəncə-Daşkəsən, 5,4 %-i Quba-Xaçmaz,

5,2 %-i Mil-Muğan, 4,9 %-i Şirvan-Salyan, 3,2 %-i Dağlıq Şirvan, 3 %-i Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.

Exit mobile version