Gundelik.az Mədəniyyət və cəmiyyət Ceki Çanın rol aldığı filmin Azərbaycandakı çəkilişləri başa çatdı
Mədəniyyət və cəmiyyət Xəbərlər

Ceki Çanın rol aldığı filmin Azərbaycandakı çəkilişləri başa çatdı

Ceki Çanın baş rolunu canlandırdığı “Tanrının zirehi 4: Ultimatum” filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri başa çatıb.

Gundelik.az xəbər verir ki, Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) məlumatına görə, bu, ölkədə indiyədək həyata keçirilən ən irimiqyaslı xarici film istehsalı layihəsidir.

Filmin çəkilişlərinə 26 dövlət qurumu ilə yanaşı, 200-dən çox yerli mütəxəssis və onlarla yerli şirkət cəlb olunub.

ARKA bildirib ki, layihənin reallaşdırılması Azərbaycanın beynəlxalq film istehsalı üçün cəlbediciliyini artırmaqla yanaşı, yerli kino sənayesinin inkişafına və ölkənin turizm imkanlarının dünyada tanıdılmasına töhfə verəcək. Çəkilişlərin başa çatmasından sonra Ceki Çan prosesə dəstək göstərən dövlət qurumlarının və şirkətlərin nümayəndələri ilə görüşərək onlara təşəkkür edib.

Exit mobile version