Gundelik.az Ölkə İki rayonda magistral su xətlərinin 840 min manat təmir ediləcəyi proqnozlaşdırılıb
Ölkə Xəbərlər

İki rayonda magistral su xətlərinin 840 min manat təmir ediləcəyi proqnozlaşdırılıb

Lerikdə və Ağsuda magistral su xəttinin əsaslı təmiri işləri aparılacaq.

Gundelik.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidməti bununla bağlı hazırlıqlara başlayıb. 

Məlumata görə, Ağsu rayonunun Külüllü-Ağsu magistral su xəttinin və Lerik şəhərinin Zuvadçay-Lerik magistral su kəmərinin 4 km-lik hissəsinin əsaslı təmiri nəzərdə tutulur.

Təmir işlərinə ümumilikdə 840 min manatdan çox vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

Exit mobile version