“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun ibtidai istintaqı yekunlaşıb.
Gundelik.az-ın məlumatına görə, Hafiz Hüseynovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Eldar İsmayılovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası oktyabrın 22-nə təyin edilib.
Qeyd edək ki, Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.
Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Gundelik.az

