İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Hotellərin büdcəyə ödədiyi vergilər 10 milyon manatı keçdi

2026-cı ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin məhsul və xidmət istehsalına çəkdikləri xərclərin bölgüsünə görə büdcəyə ödənilən vergilər 10 milyon 756,3 min manat olub.

Gundelik.az Valyuta.az-a istinadən xəbər verir ki, ötən ilin eyni dövründə bu göstərici 8 milyon 416,7 min manat təşkil edib. Bu isə illik müqayisədə 2 milyon 339,6 min manat və ya 27,8% artım deməkdir.

Aşağıdakı cədvəldə iqtisadi rayonlar üzrə büdcəyə ödənilən vergi məbləğləri göstərilib:

Bakı şəhəri – 5 240,3 min manat
Quba-Xaçmaz iqtisadi rayonu – 3 595,4 min manat
Şəki-Zaqatala iqtisadi rayonu – 543,6 min manat
Gəncə-Daşkəsən iqtisadi rayonu – 506,9 min manat
Qarabağ iqtisadi rayonu – 236,7 min manat
Lənkəran-Astara iqtisadi rayonu – 223,3 min manat
Dağlıq Şirvan iqtisadi rayonu – 93,0 min manat
Abşeron-Xızı iqtisadi rayonu – 50,4 min manat
Mərkəzi Aran iqtisadi rayonu  40,9 min manat
Naxçıvan iqtisadi rayonu – 33,5 min manat
Mil-Muğan iqtisadi rayonu – 22,6 min manat
Qazax-Tovuz iqtisadi rayonu – 10,4 min manat