Gundelik.az Dünya Hörmüz boğazından keçməyə çalışan iki neft tankeri partladı
Dünya Xəbərlər

Hörmüz boğazından keçməyə çalışan iki neft tankeri partladı

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında təhlükəsiz hesab edilməyən marşrutla keçməyə çalışan iki neft tankerinin partladığını açıqlayıb.

SEPAH-ın yaydığı bəyanatda bildirilir ki, iki neft tankeri ABŞ-ın təzyiqi ilə təhlükəsiz olmayan marşrutdan keçməyə cəhd göstərərkən partlayıb. Partlayışın səbəbi ilə bağlı isə hər hansı məlumat verilməyib.

Bəyanatda həmçinin vurğulanıb ki, İranın müəyyən etdiyi marşrutlardan kənarda hərəkət edən gəmilər üçün digər keçid yolları təhlükəsiz hesab olunmayacaq.

Xatırladaq ki, bundan əvvəl SEPAH Hərbi Dəniz Qüvvələri xarici müdaxilə nəticəsində yaranmış qeyri-sabit təhlükəsizlik vəziyyətini əsas gətirərək Hörmüz boğazının bağlandığını elan etmişdi.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version